Rusiyanın nüvə şirkəti: İndi Buşehri tərk etməyin vaxtı deyil
Rusiyanın dövlət nüvə şirkəti "Rosatom" Buşehr Atom Elektrik Stansiyasındakı fəaliyyətini davam etdirəcəyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, açıqlama "Nour News" tərəfindən yayımlanıb.
Şirkətin baş direktoru Aleksey Lixaçev bildirib ki, hazırda Buşehr Atom Elektrik Stansiyasını tərk etməyin vaxtı deyil. Onun sözlərinə görə, stansiyanın ikinci və üçüncü bloklarının tikintisi Rosatom üçün prioritet olaraq qalır.
Xatırladaq ki, "Rosatom" daha əvvəl regionda davam edən münaqişə fonunda 150 əməkdaşını İrandan çıxardığını, lakin təxminən 450 əməkdaşın hələ də Buşehr Nüvə Elektrik Stansiyasında fəaliyyətini davam etdirdiyini bildirmişdi.
15:10 12.03.2026
Oxunuş sayı: 48