İraq neft terminallarında əməliyyatları dayandırıb
İraq hakimiyyəti təhlükəsizlik riskləri səbəbindən ölkədəki neft terminallarında əməliyyatları müvəqqəti dayandırıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, İran ilə əlaqələndirilən hücumlar nəticəsində Bəsrə sahilləri yaxınlığında neft tankerləri hədəfə alınıb.
Hadisədən sonra İraq rəsmiləri riskləri qiymətləndirmək məqsədilə neft yükləmə və liman terminallarında fəaliyyətləri müvəqqəti olaraq dayandırmaq qərarı verib.
14:22 12.03.2026
Oxunuş sayı: 45