Tramp İran əməliyyatını “kiçik ekskursiya” adlandırdı
Dünən ABŞ prezidenti Donald Tramp İranla bağlı hərbi əməliyyatları şərh edərkən onları “kiçik ekskursiya” kimi xarakterizə edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Müxbirin “Siz sadəcə bunu kiçik ekskursiya adlandırdınız, amma eyni zamanda bunun müharibə olduğunu dediniz – bəs əslində bu nədir?” sualına Tramp belə cavab verib:
"Hər ikisi də belədir. Bu, bizi böyük bir müharibədən qoruyacaq kiçik bir ekskursiyadır. Biz bu kiçik iki həftəlik ekskursiyaya getməli olduq. Amma bu inanılmaz idi. Hərbçilərimiz tamamilə inanılmaz performans göstərdilər."
Prezidentin sözlərinə görə, əməliyyat həm strateji, həm də taktiki baxımdan ABŞ-ın maraqlarını qorumaq məqsədi daşıyıb.
12:40 12.03.2026
Oxunuş sayı: 45