Fars körfəzi ölkələri Ukraynanın dronlara qarşı təcrübəsini öyrənir
Səudiyyə Ərəbistanı Ukrayna ilə pilotsuz uçuş aparatları (PUA) və elektron müharibə sistemlərinin alınması üzrə danışıqlar aparır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki,məqsəd İranın “Şahid” dronlarına qarşı müdafiə imkanlarını gücləndirməkdir.
Məlumata görə, Ər-Riyad Kiyev ilə tutucu dronlar və elektron müharibə texnologiyalarının alınmasını müzakirə edir. Bu sistemlər dronların siqnallarını bloklamaq və onları digər PUA-larla ələ keçirmək üçün istifadə edilə bilər.
Mənbələr bildirir ki, potensial müqavilənin dəyəri milyonlarla dollar ola bilər, lakin hələlik yekun razılaşma imzalanmayıb.
Fars körfəzi ölkələri Ukraynanın dronlara qarşı mübarizə təcrübəsini öyrənir, xüsusilə PUA-ları neytrallaşdırmaq və onların siqnallarını elektron müharibə vasitəsilə bloklamaq üzrə təcrübələrini nəzərdən keçirir.
10:55 12.03.2026
Oxunuş sayı: 41