ABŞ İranla müharibəyə ilk həftədə milyardlar xərclədi
ABŞ-ın İranla davam edən hərbi əməliyyatlarının ilk həftəsi Vaşinqtona təxminən 11,3 milyard dollara başa gəlib.
Crossmedia.az bu barədə "Associated Press" ə istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi (Pentagon) Konqres üzvlərinə təqdim etdiyi ilkin hesabatda bildirir ki, hərbi əməliyyatların ilk günlərində xərclər sürətlə artıb. Hesabatda qeyd olunur ki, bu məbləğ əsasən hava zərbələri, raket və sursatların istifadəsi, həmçinin regionda yerləşdirilən hərbi qüvvələrin logistika və əməliyyat xərclərini əhatə edir.
Bildirilib ki, təqdim olunan rəqəm yalnız ilkin hesablamadır və müharibənin davam etməsi halında xərclərin daha da artacağı gözlənilir. Ekspertlərin fikrincə, uzunmüddətli hərbi əməliyyatlar ABŞ büdcəsinə əlavə milyardlarla dollar yük gətirə bilər.
Qeyd edək ki, ABŞ ilə İran arasında gərginlik son hərbi toqquşmalardan sonra kəskin şəkildə artıb və bölgədə təhlükəsizlik vəziyyəti diqqətlə izlənilir.
09:42 12.03.2026
Oxunuş sayı: 45