ABŞ kəşfiyyatı: İran hökumətinin yaxın zamanda çökməsi gözlənilmir
ABŞ kəşfiyyat qurumları hesab edir ki, İran hökuməti hazırda böyük ölçüdə sabitdir və yaxın zamanda hakimiyyətin çökməsi ehtimalı aşağıdır.
Crossmedia.az bu barədə "Reuters" ə istinadən xəbər verir ki,ölkədə iqtisadi çətinliklər və siyasi gərginliklər mövcud olsa da, hakimiyyət strukturları hələ də vəziyyətə nəzarəti qoruyur və dövlət institutları fəaliyyətini davam etdirir.
ABŞ rəsmilərinin qiymətləndirməsinə əsasən, yaxın perspektivdə Iran daxilində hakimiyyətin sürətli şəkildə dağılacağını göstərən ciddi əlamətlər müşahidə olunmur.
09:33 12.03.2026
Oxunuş sayı: 5111