Paşinyan: Gürcüstan Ermənistan üçün strateji körpüdür
Avropa İttifaqı (Aİ) ilə Gürcüstan arasında aktiv dialoqun olmaması İrəvanın Avropaya inteqrasiyasında əsas maneədir.
Crossmedia.az xəbər verir ki, bu barədə Avropa Parlamentində çıxış edən Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.
O vurğulayıb ki, Brüssel və Tbilisi arasında konstruktiv əməkdaşlığın bərpası vacibdir.
Paşinyan əlavə edib ki, Gürcüstan strateji körpü rolunu oynayır və ölkənin namizəd statusu Ermənistanın Aİ üzvlük prosesinə başlaması üçün əsas stimula çevrilə bilər.
03:35 12.03.2026
Oxunuş sayı: 46