SEPAH: İsrail və ABŞ hədəflərinə ən güclü hücum həyata keçirilib
İsrail və ABŞ hədəflərinə edilən son hücum dalğası münaqişənin başlanğıcından bəri ən güclü hücumdur.
Crossmedia.az xəbər verir ki, bu barədə SEPAH bəyanat yayıb.
Bəyanata görə, raketlər və dronlardan istifadə edilərək həyata keçirilən hücumlar ən azı üç saat davam edib. Hücumlarda “Xorrəmşəhr” raketlərindən istifadə olunub.
Hədəflər arasında Təl-Əviv yaxınlığındakı peyk rabitə mərkəzi, Hayfadakı İsrail hərbi obyektləri, habelə, Ərbil və Küveytdəki ABŞ bazaları da daxil olmaqla bir sıra ABŞ hərbi obyektləri yer alıb.
SEPAH bəyanatında vurğulayıb ki, bu hücumlar bölgədə artan gərginliyi əks etdirir və düşmən hədəflərinə ciddi zərbələr endirilib.
23:57 11.03.2026
Oxunuş sayı: 54