ABŞ rəhbərliyində İran məsələsi ilə bağlı fikir ayrılığı yaranıb
ABŞ administrasiyasında İrana qarşı hərbi əməliyyatların gələcək taleyi ilə bağlı fikir ayrılığı yaranıb.
Crossmedia.az bu barədə "Al-Monitor" nəşrinə istinadən xəbər verir.
Bildirilir ki, Ağ Ev rəhbəri Donald Tramp administrasiyasında bundan sonra hansı addımların atılacağı ilə bağlı ciddi müzakirələr aparılır.
ABŞ rəhbərliyində bəzi şəxslər İrana qarşı hərbi əməliyyatların davam etdirilməsini, digərləri isə münaqişədən çıxış yollarının tapılmasını təklif edir.
Mənbənin sözlərinə görə, Vaşinqtonda əsas müzakirə mövzusu əməliyyatların tam sürətlə davam etdirilməsi və ya daha yumşaq şəkildə münaqişəyə son qoyulması variantlarıdır.
Nəşr qeyd edir ki, ABŞ rəhbərliyi münaqişəni qələbə kimi təqdim etməyə imkan verəcək bir həll variantı üzərində də düşünür.
23:34 11.03.2026
Oxunuş sayı: 58