Ərdoğan: İrana hücumun bədəlini bütün dünya ödəyəcək
İrana hücum qlobal iqtisadiyyata ciddi təzyiq göstərib və bütün dünya bunun bədəlini ödəyəcək.
Crossmedia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə çıxışı zamanı deyib.
“İrana edilən hücumlar, ilk növbədə neft qiymətlərinin artması səbəbindən qlobal iqtisadiyyata ciddi təzyiq göstərir. Təkcə münaqişədə iştirak edən ölkələr deyil, bütün dünya artıq bunun bədəlini ödəməyə hazırlaşır. Bu mənasız, haqsız və qanunsuz müharibə davam edərsə, daha çox can və əmlak itkisi olacaq və qlobal iqtisadiyyata dəyən ziyan daha da böyük olacaq”, - deyə o bildirib.
Ərdoğan vurğulayıb ki, bütün region xaosa girməzdən əvvəl bu vəziyyətin qarşısı alınmalıdır.
“Diplomatiyaya şans verilsə, bu, tamamilə mümkündür. Biz dialoqa və danışıqlara qayıtmaq üçün səylərimizi səbirlə davam etdiririk. Mövcud vəziyyətin həssaslığını nəzərə alaraq, Türkiyəni bizi əhatə edən yanğın fırtınasından qorumaq üçün son dərəcə ehtiyatla hərəkət edirik”, - Ərdoğan əlavə edib.
22:48 11.03.2026
Oxunuş sayı: 60