Tehrandan Vaşinqtona mesaj: İsrail olduqca danışıqlar olmayacaq
İran Milli Təhlükəsizlik Şurasının sədri Əli Laricani ABŞ tərəfindən atəşkəslə bağlı göndərildiyi bildirilən mesajlara münasibət bildirib.
Crossmedia.az xəbər verir ki, Laricani açıqlamasında qeyd edib ki, həmin mesajlar Oman vasitəçiliyi ilə göndərilib.
“Bu axşam ABŞ prezidentindən Oman vasitəçisi vasitəsilə atəşkəs danışıqları tələb edən mesajlar aldıq. Cavabımız budur ki, İsrail adlı qurum mövcud olduğu müddətcə heç bir danışıqlarda iştirak etməyəcəyik”, – deyə Laricani bildirib.
22:27 11.03.2026
Oxunuş sayı: 45