Hörmüz boğazında Tayland gəmisinə hücum olub
Tayland hökuməti Hörmüz boğazı yaxınlığında ölkəyə məxsus bir yük gəmisinin hücuma məruz qaldığını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, gəminin adı “Mayuree Naree” olaraq müəyyən edilib.
Məlumata görə, gəmidə 23 heyət üzvü olub, onlardan üç nəfərin xilas edilməsi üçün əməliyyatlar davam edir. Hücum nəticəsində yanğın qeydə alınıb.
Əlavə olaraq, Britaniya Dəniz Əməliyyatları İdarəsi Hörmüz boğazı yaxınlığında digər iki gəmi ilə bağlı oxşar hadisələr barədə məlumat yayıb.
Qurum hücumların səbəbini müəyyən etmək və təhlükəsizliyi təmin etmək üçün araşdırmalara başlayıb.
20:16 11.03.2026
Oxunuş sayı: 40