Pakistan Səudiyyə Ərəbistanına qeyd-şərtsiz dəstəyini TƏSDİQLƏYİB
Pakistan Səudiyyə Ərəbistanına hər zaman möhkəm dəstək vermək öhdəliyini təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, bu barədə Pakistanın "Mettis Global" saytı məlumat yayıb.
Pakistan Baş nazirinin sözçüsü Moşərrəf Zaidi Bloomberg TV-yə müsahibəsində İslamabadın Ər-Riyada dəstəyinin qeyd-şərtsiz olduğunu və şəraitdən asılı olmadığını bildirib.
"Şübhə yoxdur ki, nə vaxt olursa olsun bunu edəcəyik", - deyə, Zaidi qeyd edib.
Həmçinin, o, “Hətta müdafiə sazişindən əvvəl də hər iki ölkə həmişə qarşılıqlı dəstək prinsipi ilə hərəkət edib”, - deyə, əlavə edib.
18:54 11.03.2026
Oxunuş sayı: 52