İran ABŞ-nin bu təklifini RƏDD ETDİ
İran ABŞ tərəfindən irəli sürülən nüvə sazişi təkliflərini rədd edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Təklifə görə, İran bir neçə il ərzində nüvə zənginləşdirməsini sıfıra endirməli, daha sonra isə yalnız 1,5% səviyyəsində zənginləşdirməyə icazə veriləcək və bunun qarşılığında 408 kq uran ABŞ-a təhvil veriləcək.
Lakin Tehran bildirib ki, ABŞ bu təklifdə sanksiyaları aradan qaldırmayacaq, yalnız hücum etməyəcək. İranın mövqeyinə görə, ədalətli razılaşma yalnız sanksiyaların ləğvi ilə mümkündür.
17:24 15.02.2026
Oxunuş sayı: 518