Estoniya nüvə silahı hazırlayacaq? – Müdafiə nazirinin ŞOK AÇIQLAMASI
Estoniyanın müdafiə nazirinin müavini Tuuli Duneton bildirib ki, ölkə Avropada ortaq nüvə silahının yaradılması ilə bağlı danışıqların ilkin mərhələlərinə qoşulmaq ehtimalını istisna etmir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Dunetonun sözlərinə görə, Estoniya təhlükəsizlik məsələlərində strateji əməkdaşlığı önəmli sayır və Avropa ölkələri ilə ortaq müdafiə potensialının artırılmasına maraqlıdır. O əlavə edib ki, bu tip layihələrdə iştirak Estoniyanın regionda təhlükəsizlik mövqeyini gücləndirə bilər.
Ekspertlər hesab edirlər ki, Estoniyanın belə bir təşəbbüsə qoşulması Avropa və NATO çərçivəsində nüvə strategiyalarının yenidən qiymətləndirilməsi baxımından əhəmiyyətli ola bilər.
16:49 15.02.2026
Oxunuş sayı: 437