Rusiyadan Ermənistana SƏRT XƏBƏRDARLIQ
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, Ermənistanın Aİ ilə hərbi, siyasi və iqtisadi əməkdaşlığının intensivləşməsi Moskvanın narahatlığını artırır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, Qərb artıq Ermənistanı Rusiya ilə geosiyasi qarşıdurma aləti kimi qiymətləndirir. Qaluzin qeyd edib ki, Aİ üzvlüyü ilə Avrasiya İqtisadi Birliyində (AİB) iştirak bir-biri ilə uyğun deyil və bu, İrəvan üçün mənfi nəticələrə yol aça bilər.
Rusiya rəsmisi əlavə edib ki, Ermənistanın iqtisadi sabitliyi Rusiyayla əməkdaşlıq və AİB daxilində fəaliyyətindən asılıdır və Moskva İrəvanı hələ də təbii müttəfiq kimi görür, Ermənistan rəhbərliyinin praqmatik yanaşmasına güvənir.
16:35 15.02.2026
Oxunuş sayı: 545