ŞOK ÇAĞIRIŞ: İndi hərəkət etməsək, gec olacaq
ABŞ senatoru Lindsey Graham İran rəhbərliyi ilə bağlı sərt açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Senator bildirib ki, əgər İranın Ali Dini Lideri Əli Xameneyi rəhbərlik etdiyi mövcud rejim devrilərsə, İran və region üçün “sabahkı gün” baxımından böyük ümid yaranacaq. Onun sözlərinə görə, əks halda rejimin hakimiyyətdə qalması Yaxın Şərq üçün uzunmüddətli və ağır nəticələr doğura bilər.
Qrem fikrini əsaslandırmaq üçün tarixi müqayisə apararaq qeyd edib ki, təhlükəli rejimlərin vaxtında dayandırılması mühüm əhəmiyyət daşıyır. O, “əgər biz indi hərəkətə keçməsək, gələcək nəsillər bizi çox pis xatırlayacaqlar və bu problem onlara miras qalacaq” ifadəsini işlədib.
Senatorun açıqlaması ABŞ-də və beynəlxalq müstəvidə müzakirələrə səbəb olub.
17:11 14.02.2026
Oxunuş sayı: 563