İranda bir neçə tanınmış islahatçı girov müqabilində azadlığa buraxılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.
Məlumata görə, İranda İslahat Cəbhəsi koalisiyasının rəhbəri Azər Mənsuri də daxil olmaqla üç tanınmış islahatçı girov müqabilində sərbəst buraxılıb.
Həmçinin siyasi fəallar Cavad İmam və İbrahim Əsgərzadə də azadlığa çıxıblar.
Məsələ ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.