Moskva–Tehran qaz razılaşması: Yeni enerji ittifaqı?
Moskva və İran arasında Rusiya qazının İrana tədarükü ilə bağlı müqavilə hazırlanır.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İranın Moskvadakı səfiri Kazem Cəlali açıqlama verib.
Səfir bildirib ki, hazırda İslam Respublikasına Rusiya qazının tədarükü ilə bağlı saziş layihəsi üzərində iş aparılır.
“İran tərəfindən heç bir problem yoxdur. Biz artıq Rusiyanın yüksək vəzifəli hökumət rəsmiləri ilə danışıqlar aparmışıq. Əgər bu sazişi imzalasaq, layihənin icrasına başlaya bilərik”, – deyə Cəlali qeyd edib.
Diplomat əlavə edib ki, layihənin reallaşdırılması üçün texniki məsələlərin həlli təxminən 2–3 il vaxt tələb edə bilər.
16:06 14.02.2026
Oxunuş sayı: 384