Region riskdə: İraq ABŞ və İranı xəbərdar etdi
İraqın xarici işlər naziri Fuad Hüseyn ABŞ və İran arasında aparılan danışıqlara alternativin region üçün “fəlakətli” nəticələr doğura biləcəyini açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.Hüseyb bildirib ki, Vaşinqton və Tehran arasındakı fikir ayrılıqları yalnız İranın nüvə proqramı ilə məhdudlaşmır. “İki tərəf arasında münasibətləri gərginləşdirən daha geniş və mürəkkəb siyasi və təhlükəsizlik məsələləri mövcuddur,” – deyə o əlavə edib.
Nazir vurğulayıb ki, danışıqların uğursuzluğu regionda stabilliyin ciddi şəkildə pozulmasına səbəb ola bilər və bu səbəbdən dialoqun davam etdirilməsi vacibdir.
16:51 14.02.2026
Oxunuş sayı: 515