Şok fakt: Ayılar qışda yatmırmış
Elmi araşdırmalar göstərir ki, soyuq bölgələrdə yaşayan ayılar əslində klassik kış yuxusuna getmirlər. Bizim sevdiyimiz “ qıvrılmış ayı” təsviri tam doğru deyil. Belə ki, onlar “torpor” adlanan xüsusi enerji qənaət rejiminə girirlər və bu, dərindən yuxu ilə eyni şey deyil.
Crossmedia.az xəbər verir ki, bu barədə "Hürriyyet" qəzeti məlumat yayıb.
Məlumata görə, bu prosesdə ayıların bədən temperaturu yalnız 4–7 dərəcə düşür, ürək döyüntüsü isə Boz ayılarda dəqiqədə 84-dən 19-a qədər azalır – bu da təxminən 77% fərq deməkdir. Kiçik gəmiricilərdə isə bu düşüş 99%-ə qədər çata bilir. Maraqlısı odur ki, ayılar bu uzun müddət ərzində qidalanmır, su içmir və nəcis ifraz etmirlər, amma yağ ehtiyatlarını mənimsəyərək enerji əldə edir və əzələ kütləsini qoruyurlar.
Hər ayı torpora girmir. Məsələn, Malaya və Gözlüklü ayılar, ilin hər dövründə qida tapa bildikləri üçün torpora getmirlər. Qütb ayısı isə əksər hallarda aktiv qalır, yalnız doğum üçün buz içində qısa müddətli “torpor” keçirir. Böyük panda isə daim bambu yeyərək enerji toplamalı olduğundan torpor etmədən soyuq yerlərə köç edir.
Alimlər ayıların uzun müddət hərəkətsiz qalmalarına baxmayaraq əzələ itkisi, qan dövranı problemləri və qan laxtalanması yaşamamalarının sirrini öyrənməyə çalışır. Bu kəşf gələcəkdə xəstəxanalarda uzun müddət qalan xəstələr, gecə növbəsində işləyənlər və ürək ritmi zəif insanlar üçün yeni müalicə üsulları yarada bilər.
Fatimə Məmmədova
03:30 14.02.2026
Oxunuş sayı: 506