Pezeşkian: Nüvə silahı hazırlamaq niyyətimiz yoxdur
İran prezidenti Məsud Pezeşkian ölkəsinin nüvə proqramında hərbi komponentin olmadığını sübut etmək üçün beynəlxalq müfəttişlərin nüvə obyektlərinə buraxılmasına hazır olduqlarını bəyan edib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri məlumat yayıb.
Prezident bildirib ki, Tehran dəfələrlə nüvə silahı hazırlamaq niyyətində olmadığını açıqlayıb:
“Biz istənilən yoxlamaya hazırıq.”
Bundan əvvəl Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) rəhbəri Rafael Qrossi qeyd etmişdi ki, müfəttişlər bir neçə aydır Natanz, Fordo və İsfahandakı nüvə obyektlərinə daxil olmaq üçün icazə gözləyirlər. İran tərəfi isə bunun üçün “konkret tədbirlər və protokollar”ın zəruri olduğunu vurğulayıb. Qrossi bu arqumentləri əsasən siyasi mövqe kimi qiymətləndirib.
Qeyd edək ki, İran və ABŞ nümayəndələri arasında son danışıqlar fevralın 6-da Maskat şəhərində baş tutub. ABŞ Prezidenti Donald Tramp görüşləri uğurlu adlandıraraq dialoqun davam etdiriləcəyini bildirib. İranın xarici işlər naziri də danışıqları müsbət qiymətləndirib.
12:37 12.02.2026
Oxunuş sayı: 496