İran ətrafında ABŞ-nin hava kəşfiyyatı güclənir
İran sərhədinə yaxın ərazilərdə ABŞ-yə məxsus kəşfiyyat təyyarəsi və pilotsuz uçuş aparatının müşahidə edildiyi bildirilir.
Crossmedia.az bu barədə “FlightRadar24” ə istinadən xəbər verir.
Məlumata əsasən, uçuşlar iki müxtəlif istiqamətdə qeydə alınıb. Belə ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Boeing P-8A Poseidon” tipli kəşfiyyat təyyarəsi Bəhreyndən havaya qalxaraq Hörmüz boğazı üzərində dövrə vurub. Eyni zamanda, Əbu-Dabidən havaya qalxan “MQ-4C Triton” pilotsuz uçuş aparatı Oman körfəzi üzərində müşahidə edilib.
Qeyd edək ki, bundan əvvəl ABŞ-nin maliyyə naziri Skot Bessent ölkəsinin İran yaxınlığında əlavə hərbi qüvvələr cəmləşdirdiyini açıqlamışdı.Hadisə bölgədə artan gərginlik fonunda diqqət çəkir. Rəsmi Vaşinqton və Tehran tərəfindən məsələ ilə bağlı hələlik əlavə açıqlama verilməyib.
11:23 12.02.2026
Oxunuş sayı: 451