Pakistan yeni hipersəs gəmi əleyhinə ballistik raketini təqdim edib
Pakistanın “Global Industrial and Defense Solutions” (GIDS) şirkəti Səudiyyə Ərəbistanında keçirilən “World Defence Show 2026” sərgisində “SMASH” adlı yeni hipersəs gəmi əleyhinə ballistik raketini nümayiş etdirib.
Crossmedia.az Reporta istinadən xəbər verir ki, yeni raket həm dəniz, həm də quru hədəflərini məhv etmək imkanına malikdir.
Məlumata görə, gəmi əleyhinə konfiqurasiyada “SMASH” raketinin uçuş məsafəsi 290 kilometrdir. Raketin döyüş başlığının çəkisi isə 384 kiloqram təşkil edir.
“SMASH” aktiv radar axtarıcısı ilə inteqrasiya olunmuş “HD GNSS inertial” naviqasiya sistemi ilə təchiz edilib. Bu sistem raketə dənizdə hərəkətdə olan hədəfləri yüksək dəqiqliklə izləmək və məhv etmək imkanı yaradır.
Qeyd edilib ki, ötən ilin sonunda Pakistan Hərbi Dəniz Qüvvələri yeni raketin ilk daşıyıcılarının “Zülfüqar” sinfinə aid F-22P freqatları olacağını açıqlayıb.
05:10 12.02.2026
Oxunuş sayı: 370