Zelenski: Ukraynanın Aİ üzvlüyü üçün konkret tarix vacibdir – Rusiyanın müdaxiləsi riski var
Rusiyanın Avropa İttifaqına (Aİ) qəbul prosesi üçün müqavilədə konkret tarix göstərilməsi zəruridir.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Onun sözlərinə görə, tarix yoxdursa, Rusiya prosesi bloklamaq üçün əlindən gələni edəcək.
Bunu birbaşa etmədən, bəzi Avropa nümayəndələrinin vasitəsilə reallaşdıra bilər.
Zelenski əlavə edib ki, Aİ-də klasterlərin açılmaması halları ilə artıq üzləşiblər və bu səbəbdən tarix göstərmək strateji əhəmiyyət daşıyır.
Qərb mediası əvvəllər Brüsselin yaxın illərdə Ukraynanın qismən üzvlük imkanlarını müzakirə etdiyini yazmışdı. Bu çərçivədə Ukrayna, bütün prosedurları tamamlamadan belə, Aİ-nin fəaliyyətində məhdud iştirak edə biləcək.
Altı danışıqlar klasterindən üçü üzrə Ukraynaya tövsiyələr artıq təqdim edilib, qalanlarının yazda verilməsi planlaşdırılır. Əlverişli ssenariyə görə, Ukraynanın tam təşkilat üzvlüyü 2027-ci ilə nəzərdə tutulur.
23:05 11.02.2026
Oxunuş sayı: 584