ABŞ-Azərbaycan münasibətləri yeni mərhələyə qədəm qoyur: Dünya mediasının diqqət mərkəzində
ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Azərbaycana səfəri beynəlxalq media tərəfindən geniş işıqlandırılıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Səfər çərçivəsində Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb və Prezident İlham Əliyevlə birgə bəyanat verilib.
"Associated Press", "Fox News", "CNN", "The Washington Post", "Reuters", "PBS", "Forbes" və "C-Span" kimi aparıcı ABŞ media orqanları səfəri diqqətlə işıqlandırıb.
"The Washington Post" TRIPP layihəsini – Azərbaycanın Ermənistan vasitəsilə Naxçıvan və Türkiyə ilə birləşdirəcək tranzit marşrutunu – təqdim edib.
"PBS" isə Prezident İlham Əliyevin altı aylıq sülhü alqışladığını və Prezident Trampa Qafqazda sabitliyə verdiyi töhfəyə görə minnətdarlığını qeyd etdiyini vurğulayıb.
"The New York Post" Azərbaycanın Əfqanıstanda ABŞ-ni dəstəkləməsi və yeni dəniz təhlükəsizliyi yardımını ön plana çıxarıb.
"Reuters" ABŞ-Azərbaycan münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu və ABŞ-nin Azərbaycanın ərazi sularını qorumaq üçün gəmilər göndərəcəyini bildirib.
"AFP" isə tərəfdaşlığın uzunmüddətli xarakterini və Xartiyanın imzalanmasından əvvəl İlham Əliyevlə görüşün əhəmiyyətini qeyd edib.
Səfər həmçinin Türkiyə, Rusiya, Almaniya və digər beynəlxalq media orqanları tərəfindən geniş əks-səda doğurub.
22:50 11.02.2026
Oxunuş sayı: 626