Blair House-da kritik müzakirə: İran danışıqları gündəmdə
İsrailin Baş naziri Benyamin Netanyahu Vaşinqtonda, Blair House-da ABŞ-nin xüsusi elçisi Stiv Uitkoff və Cared Kuşner ilə görüş keçirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Tərəflər görüş zamanı regional təhlükəsizlik məsələlərini və Omanda İranla aparılan danışıqları müzakirə ediblər.
Məlumata görə, müzakirələrdə Yaxın Şərqdəki son vəziyyət, İranın nüvə proqramı ətrafında diplomatik proseslər və regional sabitlik məsələləri diqqət mərkəzində olub.
19:21 11.02.2026
Oxunuş sayı: 1706