Pezeşkiandan açıqlama: İran nüvə silahı istehsal etmək niyyətində deyil
İran prezidenti Məsud Pezeşkian ölkəsinin nüvə silahı əldə etmək niyyətinin olmadığını bəyan edib.
Crossmedia.az xəbər verir ki, o , bu barədə İslam İnqilabının qələbəsinin 47-ci ildönümü münasibətilə keçirilən mitinqdə çıxışı zamanı danışıb.
Prezident bildirib ki, İran nüvə silahı yaratmaq istiqamətində addım atmır və bu mövqeyini dəfələrlə açıqlayıb.
“Dünya və xalqımız qarşısında səmimiyik. Biz nüvə silahı yaratmaq istiqamətində addım atmırıq və istənilən yoxlamaya hazırıq”, – deyə Pezeşkian vurğulayıb.
Onun sözlərinə görə, ABŞ və Avropa tərəfindən formalaşdırılan yüksək etimadsızlıq mühiti danışıqların uğurla nəticələnməsinə mane olur.
Prezident əlavə edib ki, İran qarşı tərəfin ifrat tələbləri qarşısında geri çəkilməyəcək və regionda sülh və sabitlik naminə qonşu ölkələrlə dialoqu davam etdirəcək.
18:56 11.02.2026
Oxunuş sayı: 778