Avropa Şurasında qalmaqal: Keçmiş baş katibin toxunulmazlığı ləğv edildi
Avropa Şurasının Nazirlər Komitəsi Norveç hakimiyyətinin müraciəti əsasında qurumun keçmiş baş katibi Torbyorn Yaqlandın toxunulmazlığını ləğv edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Yaqland barəsində ağırlaşdırılmış korrupsiya şübhəsi ilə cinayət işi açılması planlaşdırılır.
Qərar hazırkı baş katib Alen Bersetin göstərişi ilə aparılan daxili araşdırmadan sonra verilib. Həmin araşdırma Yaqlandın immunitetinin aradan qaldırılmasını tövsiyə etmişdi.
Norveçin İqtisadi Cinayətkarlıqla Mübarizə İdarəsi Yaqlandın Nobel Komitəsinin rəhbəri və Avropa Şurasının baş katibi vəzifələrində çalışdığı dövrdə hədiyyələr və ya maliyyə yardımları alıb-almadığını araşdırır.
18:42 11.02.2026
Oxunuş sayı: 679