Ukrayna-Rusiya təmasları mümkündür: ABŞ danışıqlarda iştirak edə bilər
Ukrayna nümayəndə heyətinin mümkün danışıqlar üçün Moskvaya səfər edə biləcəyi bildirilir.
Crossmedia.az bu barədə yerli KİV-ə istinadən xəbər verir.Məlumata görə, danışıqlarda ABŞ nümayəndələri zamin qismində çıxış edə bilərlər. Görüşdə bir sıra həssas məsələlərin, o cümlədən Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanovun taleyi və 2023-cü ildən etibarən Rusiyada qiyabi həbs qərarı çıxarılmış şəxslərlə bağlı məsələlərin müzakirə oluna biləcəyi qeyd edilir.Rəsmi tərəflər hələlik məlumatı təsdiqləməyiblər.
15:16 11.02.2026
Oxunuş sayı: 888