Qəzzaya yeni qüvvə: İndoneziya nizam-intizam üçün hərbçi göndərir
İndoneziya 5-8 minlik hərbi kontingentini Qəzzaya göndərməyi planlaşdırır və hərbçilərin bir hissəsinin silahlı olacağı bildirilib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki,hələlik Qəzza giriş tarixi açıqlanmayıb.Hərbçilər İsrail ordusunun nəzarət etdiyi bölgələrdə yerləşdiriləcək və fəaliyyətlərini buradan həyata keçirəcəklər. Refah yaxınlarında İndoneziya üçün ayrıca bir hərbi baza qurulacaq.
İndoneziya ordusu ilə yerləşmə və koordinasiya məsələləri üzrə danışıqlar davam edir. Hərbçilərin əsas vəzifəsi Həmasın olmadığı bölgələrdə nizam-intizamı təmin etmək olacaq.
13:15 11.02.2026
Oxunuş sayı: 436