Bu gün İranda 1979-cu ildə monarxiyanın devrilməsi və Ruhullah Xomeyninin hakimiyyətə gəlməsi ilə nəticələnən İslam İnqilabının 47-ci ildönümü qeyd olunur.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
İnqilabın ildönümü münasibətilə ölkənin müxtəlif şəhərlərində rəsmi mərasimlər, yürüşlər və mitinqlər təşkil edilib. Kütləvi tədbirlər zamanı siyasi şüarlar səsləndirilib, bəzi aksiyalarda “düşmən bayraqları”nın yandırıldığı bildirilib.
Bayram proqramı çərçivəsində paytaxt Tehranda hərbi parad keçirilib. Paradda İranın müxtəlif növ raket sistemləri, pilotsuz uçuş aparatları və son illərdə əldə etdiyi kosmik texnologiyalar nümayiş etdirilib.
Tədbirlərdə İran prezidenti Məsud Pezeşkian, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Əbdürrəhim Musəvi, Məhkəmə Sisteminin rəhbəri Qulam Hüseyn Möhseni Ejei və digər yüksək vəzifəli dövlət rəsmiləri iştirak ediblər.
Rəsmi çıxışlarda ölkənin müstəqilliyi, milli suverenlik və təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilib.