Seçkilər öncəsi Paşinyan fəallığını artırıb - Baş nazir Avropaya sığınır
Media orqanlarının məlumatına əsasən Avropa İttifaqı (Aİ) ilə Ermənistan arasında ilk sammit may ayında Ermənistanda keçirilə bilər.
Crossmedia.az bu barədə "BBC"ə istinadən xəbər verir ki,tədbirin təşkili qarşıdan gələn seçkilərdən əvvəl Baş nazir Nikol Paşinyanı açıq şəkildə dəstəkləmək məqsədilə planlaşdırılıb. Mənbələr anonimlik şərti ilə bildirib ki, sammitin təşkili Avropa liderlərinin Paşinyanın mövqeyini gücləndirmək istəyi ilə bağlıdır.
Hazırkı mərhələdə rəsmi tərəflər bu barədə şərh verməyib. Analitiklər qeyd edirlər ki, belə bir sammit həm Ermənistanda siyasi təsiri artırmaq, həm də Aİ-Ermənistan münasibətlərini möhkəmləndirmək niyyəti güdə bilər.
Tədbirin gündəliyi və iştirakçıların dəqiq siyahısı hələ açıqlanmasa da, sammitin iki tərəf arasında iqtisadi əməkdaşlıq, regional təhlükəsizlik və siyasi dialoq məsələlərini əhatə edəcəyi gözlənilir.
12:05 11.02.2026
Oxunuş sayı: 591