KİV: Zelenski müharibənin ildönümündə referendum elan edə bilər
Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 24-də – Rusiya ilə müharibənin başlanmasının ildönümündə – Moskva ilə mümkün sülh sazişi üzrə referendum elan edə bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri yazıb.
Məlumata görə, təşəbbüsün məqsədi müharibənin gələcək mərhələsi ilə bağlı qərarın birbaşa xalqın iradəsinə əsaslanmasını təmin etməkdir. Referendumun mümkün şərtləri və sualının məzmunu ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, fevralın 24-ü Ukraynada genişmiqyaslı hərbi əməliyyatların başlanmasının növbəti ildönümünə təsadüf edir və bu tarix ölkə üçün simvolik əhəmiyyət daşıyır.
Rəsmi Kiyev məsələ ilə bağlı hələlik xəbəri təsdiq etməyib.
11:42 11.02.2026
Oxunuş sayı: 609