Yaponiya parlament seçkilərinda hakim koalisiya üstünlük qazandı
Yaponiyada keçirilən parlament seçkilərinin ilkin nəticələrinə əsasən, hazırkı baş nazir Sanae Takaçinin rəhbərlik etdiyi Liberal-demokrat partiyası (LDP) seçkilərdə ciddi üstünlük qazanıb. LDP-nin Yaponiya İnnovasiya Partiyası (JIP) ilə birlikdə formalaşdırdığı alyansın parlamentdə 450 yerdən təxminən 274–328 mandat əldə etdiyi bildirilir.
Crossmedia-az xəbər verir ki, Liberal-demokrat partiyası təkbaşına təxminən 233 yer qazanaraq parlamentdə sadə çoxluğu təmin edib. Bu nəticə hakim koalisiyaya qanunvericilik təşəbbüslərini daha rahat həyata keçirmək və strateji qərarların qəbulunda geniş imkanlar yaradır. Ekspertlər bu göstəricini parlamentdə “super çoxluq” kimi qiymətləndirirlər.
Seçkilərdən sonra Yaponiyada siyasi gündəmin əsas mövzularından biri konstitusiya dəyişiklikləri məsələsi olub. Hökumət İkinci Dünya müharibəsindən sonra qəbul edilmiş təhlükəsizlik konsepsiyasının yenilənməsi, eləcə də ölkənin müdafiə potensialının gücləndirilməsi istiqamətində müzakirələrin aparıldığını açıqlayıb. Bu isə Yaponiyanın uzun illərdir davam edən müdafiə siyasətində mümkün dəyişikliklərin gündəmə gələ biləcəyini göstərir.
Analitiklər hesab edir ki, əldə olunan nəticələr hakimiyyətə daxili və xarici təhlükəsizlik siyasətində daha aktiv kurs seçmək imkanı yaratsa da, konstitusiya dəyişiklikləri məsələsi ölkə daxilində geniş ictimai və siyasi müzakirələrə səbəb olacaq.
20:22 08.02.2026
Oxunuş sayı: 520