İran–ABŞ danışıqlarında hərbi personal iştirak etməyəcək
İranın xarici işlər naziri Abbas Əraqçı açıqlayıb ki, Tehran ABŞ ilə aparılan danışıqlarda hərbi personalın iştirakına qəti şəkildə etiraz edir. O bildirib ki, bu prinsip diplomatik praktikaya uyğun olaraq danışıqların mahiyyətinə təsir göstərir və istənilən məqsəd üçün belə qəbul edilə bilməz.
Bu barədə crossmedia.az xarici KIV-ə istinadən xəbər verir.
Əraqçı əlavə edib ki, Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Misir və Azərbaycan İran–ABŞ gərginliyinin azaldılmasına dəstək verib və liderlərin telefon danışqları zamanı danışıqları təşviq etdikləri qeyd olunub. Nazir həmçinin Çin və Rusiya ilə məsləhətləşmələrin davam etdiyini vurğulayıb. ABŞ Mərkəzi Komandanlığının rəhbəri general Kuperin prosesə cəlb olunması məsələsinə toxunan Əraqçı bunun danışıqların mahiyyətini dəyişdirmədiyini bildirib.
17:57 08.02.2026
Oxunuş sayı: 492