Saakaşvili ABŞ vitse-prezidentinə müraciət etdi: “Gürcüstan demokratiyasına diqqət yetirin”
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ABŞ vitse-prezidentinə ünvanladığı müraciətdə Cənubi Qafqazla bağlı diqqətçəkən mesajlar verib. O bildirib ki, vitse-prezident regionun üç ölkəsindən ikisinə səfər etsə də, vaxtilə bölgənin mübahisəsiz lideri olan Gürcüstan kənarda qalır.
Bu barədə crossmedia.az xarici KIV-ə istinadən xəbər verir.
Saakaşvili Ermənistan və Azərbaycanın son dövrdə əldə etdiyi irəliləyişləri müsbət qiymətləndirdiyini qeyd edib. O, 2012-ci ildə Donald Trampın Batumidə olarkən Gürcüstan rəhbərliyi haqqında dediyi müsbət fikirləri də xatırladıb.
Sabiq prezident Belarusda siyasi məhbusların azad edilməsindən sonra Gürcüstandakı siyasi məhbusların da ümid qazandığını vurğulayıb. Saakaşvili ABŞ administrasiyasını Gürcüstandakı vəziyyətə diqqət yetirməyə və ölkədə demokratiyanın qorunmasına dəstək verməyə çağırıb.
17:48 08.02.2026
Oxunuş sayı: 532