ABŞ–İran gərginliyi fonunda Britaniya F-35B-ləri Cənubi Kiprə yerləşdirdi
ABŞ və İran arasında gərginlik davam etdiyi bir vaxtda Birləşmiş Krallıq bölgədə hərbi mövcudluğunu artırıb. London 6 ədəd F-35B tipli döyüş təyyarəsini Cənubi Kiprdə yerləşən “Akrotiri” Hava Bazasına göndərib.
Bu barədə crossmedia.az xarici KIV-ə istinadən xəbər verir.
Məlumata görə, bu addım regiondakı təhlükəsizlik vəziyyəti fonunda atılıb və Britaniyanın mümkün ssenarilərə hazır olmasını hədəfləyir. “Akrotiri” bazası Yaxın Şərqə yaxın strateji mövqeyi ilə seçilir və əvvəllər də oxşar gərginliklər zamanı aktiv istifadə olunub.
Rəsmi London yerləşdirmənin konkret əməliyyat məqsədləri ilə bağlı detalları açıqlamasa da, addım bölgədəki hərbi balans və diplomatik proseslər kontekstində diqqətlə izlənilir.
17:22 08.02.2026
Oxunuş sayı: 458