Putin BƏƏ prezidentinə təşəkkür etdi
Rusiya Prezidenti Vladimir Putin şənbə axşamı Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Məhəmməd bin Zayed Al Nəhyanla telefon danışığı aparıb. Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Məlumata görə, Putin BƏƏ rəhbərliyinə Rusiya Müdafiə Nazirliyinin general-leytenantı Alekseyevə qarşı sui-qəsd cəhdində şübhəli bilinən şəxsin saxlanılmasında göstərilən köməyə görə təşəkkür edib.
Danışıq zamanı tərəflər təhlükəsizlik məsələləri üzrə əməkdaşlığı da müzakirə ediblər. Kremlin açıqlamasında qeyd olunub ki, Rusiya bu cür əməkdaşlığı yüksək qiymətləndirir və onu gələcəkdə də davam etdirməyə hazırdır.
17:10 08.02.2026
Oxunuş sayı: 475