ABŞ hökumətinin Epşteynlə bağlı mediaya saxta manevri ifşa olundu
ABŞ hökumətinin maliyyəçi Ceffri Epşteynin cəsədinin daşınması zamanı mediaya yönəlik aldadıcı plan həyata keçirdiyi üzə çıxıb. Məlumata görə, Epşteynin cəsədinin saxlanıldığı iddia edilən avtomobilin içinə boş qutular yerləşdirilib və bu nəqliyyat vasitəsi qəsdən jurnalistlərin diqqətinə təqdim olunub.
Bu barədə crossmedia.az xarici KIV-ə istinadən xəbər verir.
Bu addımın məqsədi medianın diqqətini yayındırmaq olub. Epşteynin cəsədini daşıyan həqiqi avtomobil isə basının gözündən yayınaraq ərazidən çıxarılıb. Beləliklə, hökumət orqanlarının məlumat axınına nəzarət etmək üçün planlı şəkildə dezinformasiya üsulundan istifadə etdiyi bildirilir.

Hadisə Epşteynin ölümü ətrafında mövcud olan şübhələri və ictimai etimadsızlığı daha da artırıb. Ekspertlər bu cür addımların rəsmi versiyalara olan inamı ciddi şəkildə zədələdiyini vurğulayırlar.
16:44 08.02.2026
Oxunuş sayı: 466