İran-ABŞ danışıqları Maskatda başa çatıb: Əraqçi yaxşı başlanğıc kimi qiymətləndirdi
Bu gün İran və ABŞ nümayəndə heyətləri Omanın vasitəçiliyi ilə Maskatda keçirilən nüvə danışıqlarının yeni mərhələsini başa çatdırıb. Görüş zamanı tərəflər mövqelərini birbaşa deyil, Omanın xarici işlər naziri Bədr əl-Busaidi vasitəsilə bir-birinə çatdırıblar.
Crossmedia.az xəbər verir ki, aparılan müzakirələr həm Tehran, həm də Vaşinqtonun danışıqlar prosesini davam etdirmək niyyətində olduğunu göstərir.
İranın xarici işlər naziri Abbas Əraqçi görüşü “çox yaxşı bir başlanğıc” kimi qiymətləndirib. Onun sözlərinə görə, bu mərhələdən sonra danışıqlarda iştirak edən nümayəndə heyətləri öz siyasi rəhbərləri ilə məsləhətləşmələr aparacaqlar.
Əraqçi bildirib ki, müzakirələr bir neçə mərhələdən ibarət olacaq və əsas məqsəd gələcək danışıqlar üçün ümumi çərçivənin formalaşdırılmasıdır. Nazir yaxın vaxtlarda jurnalistlərə müsahibə verərək Maskat görüşünün gedişi və nəticələri barədə ətraflı məlumat açıqlayacaq.
19:00 06.02.2026
Oxunuş sayı: 738