Ərdoğan: Zəlzələnin ümumi iqtisadi zərəri 150 milyard dolları ötdü
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, 6 fevral 2023-cü il tarixində baş verən zəlzələnin ölkəyə vurduğu ümumi iqtisadi zərər 150 milyard dollar təşkil edib və bu, ölkənin 2023-cü il Ümumi Milli Məhsulunun (ÜMM) 9%-i deməkdir.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Ərdoğan qeyd edib ki, Türkiyə tarixində baş vermiş ən böyük fəlakətlərdən biri olan bu zəlzələnin iqtisadiyyata birbaşa zərəri 104 milyard dollar olub: "Birbaşa və dolayı itkilərlə birlikdə bu rəqəm 150 milyard dollar təşkil edir. Bu, ölkəmizin tarixində təbii fəlakətlər səbəbindən ən yüksək iqtisadi itki deməkdir".
Fatimə Məmmədova
18:55 06.02.2026
Oxunuş sayı: 546