Ermənistan prokurorluğu müsadirələrə başladı
Ermənistanın Antikorrupsiya Məhkəməsi Baş Prokurorluğun qanunsuz mənşəli əmlakın müsadirəsi ilə bağlı növbəti iddiasını icraata qəbul edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, məlumata görə, Baş Prokurorluq sabiq baş konsul, Sankt-Peterburqdakı keçmiş baş konsul və Milli Assambleyanın sabiq deputatı Rubik Karapetoviç Akopyandan, eləcə də onunla əlaqəli şəxsdən Ermənistan dövlətinin xeyrinə beş daşınmaz əmlak obyektinin, bir daşınmaz əmlakın alınması hüququnun və iki nəqliyyat vasitəsinin müsadirəsini tələb edir.
Qeyd edək ki, Rubik Akopyan Ermənistan parlamentində əvvəlcə ARF “Daşnaksütyun”, daha sonra isə “İrs” (“Heritage”) partiyasını təmsil edib.
18:32 06.02.2026
Oxunuş sayı: 426