Avropa Rusiya ilə münaqişədə Ukrayna büdcəsinə 200 milyardlıq yardım edib
Avropa İttifaqı və digər Avropa ölkələri Rusiyanın Ukraynaya qarşı müharibəsi zamanı Kiyevə təxminən 200 milyard avro dəyərində maliyyə vəsaiti və humanitar yardım təqdim edib.
Crossmedia.az bu barədə Polşa KİV-nə istinadən məlumat verir.
Nazirin sözlərinə görə, bu dəstək həm iqtisadi, həm hərbi, həm də humanitar sahələri əhatə edir. O, Avropanın Ukraynanı dəstəkləməsinin beynəlxalq hüququn qorunması və regionda sabitliyin təmin olunması baxımından mühüm olduğunu vurğulayıb.
Sikorski həmçinin əlavə edib ki, Avropa ölkələrinin göstərdiyi yardım Ukraynanın döyüş qabiliyyətini gücləndirmək və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. O, gələcəkdə də bu dəstəyin davam etdiriləcəyinə ümid etdiyini bildirib.
Turqut Ansari
17:20 06.02.2026
Oxunuş sayı: 382