Ərzincanda 4,9 bal gücündə zəlzələ baş verib
Türkiyənin Ərzincan vilayətində 4,9 bal gücündə zəlzələ qeydə alınıb.
Crossmedia.az bu barədə türk mediasına istinadən xəbər verir.
Yeraltı təkanlar vilayət mərkəzi və ətraf rayonlarda hiss olunub.
İlkin məlumatlara görə, zəlzələ nəticəsində insan tələfatı və ciddi dağıntılar barədə rəsmi məlumat verilməyib. Aidiyyəti qurumlar bölgədə vəziyyəti nəzarətdə saxlayır, araşdırmalar davam edir.Hadisə ilə bağlı rəsmi açıqlamaların verilməsi gözlənilir.
15:52 06.02.2026
Oxunuş sayı: 468