ABŞ diplomatiyasında nadir görünən hal
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, admiral Bred Kuper İranla Omanın paytaxtı Maskatda keçirilən danışıqlarda Amerika nümayəndə heyətinin tərkibinə daxil edilib.
Crossmedia.az bu barədə ABŞ KİV-nə istinadən məlumat verir.
Qeyd edək ki, ABŞ hərbi qurumlarının nümayəndələri adətən yüksək səviyyəli diplomatik təmaslarda nadir hallarda iştirak edirlər. Bununla belə, ölkənin hazırkı prezidenti Donald Tramp bəzi hallarda hərbçiləri danışıqlara cəlb edib.
Xatırladaq ki, ABŞ və İran fevralın 6-da Omanda Tehranın nüvə proqramı ilə bağlı danışıqlar aparır. İran nümayəndə heyətinə ölkənin xarici işlər naziri Abbas Əraqçi, Amerika nümayəndə heyətinə isə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff rəhbərlik edir.
Turqut Ansari
15:07 06.02.2026
Oxunuş sayı: 412