Sırski: Donetsk planı iflasa uğradı
Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski jurnalistlərlə görüşündə bildirib ki, düşmənin Donetsk vilayətini ələ keçirmək və qondarma “bufer zonaları” formalaşdırmaq planları 2025-ci ildə uğursuzluğa düçar olub.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, bu planların qarşısının alınması üçün üç əsas əməliyyat həyata keçirilib. Əməliyyatlardan ikisi Belqorod vilayəti və Kursk vilayəti ərazilərində, üçüncüsü isə Dobropolye istiqaməti üzrə icra olunub. Bu addımlar düşmənin Donetskdə irəliləmək və saxta müdafiə strukturları yaratmaq niyyətini puça çıxarıb.
Ali Baş Komandan qeyd edib ki, bəzi sahələrdə döyüş toqquşmalarının təxminən dörddə biri Ukrayna bölmələrinin hücum əməliyyatları hesabına baş verir. Onun sözlərinə görə, bu taktika effektiv nəticə verir və düşmən yanvar ayında ciddi əməliyyat uğuru əldə edə bilməyib.
Sırski əlavə edib ki, hazırda ən gərgin döyüşlər Pokrovsk bölgəsində, xüsusilə Oçeretino istiqamətində və Rodinski ətrafında davam edir.
15:01 06.02.2026
Oxunuş sayı: 352