Baş Qərargahın generalına sui-qəsd cəhdi edildi
Moskvada Baş Qərargahın birinci müavini, general-leytenant Vladimir Alekseyevə naməlum şəxs tərəfindən atəş açılıb. General xəstəxanaya yerləşdirilib, hücum edən şəxs isə hadisə yerindən qaçıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, istintaq məlumatına görə, atəş açılması generalın yaşadığı mənzilə yaxın, yaşayış binasının 24-cü mərtəbəsində baş verib.
Vladimir Alekseyev "Vaqner" özəl hərbi şirkətinin üsyanı zamanı geniş tanınıb. Videolarda o, Yevgeni Priqojinin Müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovun ona təhvil verilməsini tələb etməsinə gülərək "alın" deyib. General-leytenant Baş Qərargahda "Vaqner" PMC-nin kuratoru kimi tanınır.
Nigar Yahyazadə
12:53 06.02.2026
Oxunuş sayı: 422