Məşhur aktyorun Rusiyaya girişinə qadağa qoyuldu - FOTO
Komediya aktyoru Nurlan Saburovun SVO təşkilatını tənqid etməsi, eləcə də immiqrasiya və vergi qanunlarını pozması səbəbilə Rusiyaya 50 il müddətinə girişinə qadağa qoyulduğu bildirilir.

Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Mənbələrin məlumatına görə, Saburov Rusiyada əldə etdiyi gəlirlərin yuyulmasında da şübhəli bilinir.
Bildirilir ki, Saburov rus dilini bilmədiyini iddia edərək tərcüməçi tələb edib. Uçuş zamanı bilet almağa pulu olmadığını deyən aktyor bir müddət hava limanında saxlanılıb. Daha sonra onu ölkəni tərk etməyə məcbur etmək üçün Dubaydan iki hava marşalının göndərildiyi qeyd olunur.
Hadisə ilə bağlı rəsmi qurumlar tərəfindən əlavə açıqlama verilməyib.
12:24 06.02.2026
Oxunuş sayı: 386