Türkiyənin kəşfiyyat qurumu Milli İstihbarat Təşkilatı (MİT) İstanbul Prokurorluğu və polis əməkdaşları ilə birgə əməliyyat keçirərək İsrailin kəşfiyyat xidməti Mossad üçün fəaliyyət göstərməkdə şübhəli bilinən iki nəfəri saxlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
İstintaq materiallarına görə, Budak Derya 2012-ci ildən etibarən casusluq fəaliyyəti ilə məşğul olub və ərəb dairələrindəki əlaqələrindən istifadə edərək Veysəl Kərimoğlunu da bu fəaliyyətə cəlb edib. Şübhəlilərin İsraili tənqid edən şəxslər və təşkilatlar barədə məlumat topladıqları, habelə logistika obyektlərini lentə alaraq əldə etdikləri informasiyaları Mossad-a ötürdükləri bildirilir.
Araşdırma zamanı, həmçinin İsrail kəşfiyyatının beynəlxalq təchizat zəncirlərinə sızmaq məqsədilə uydurma biznes şəbəkələrindən istifadə etməklə daha genişmiqyaslı əməliyyat planlaşdırdığı da müəyyən edilib. İstintaq prosesi davam edir.